“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı

“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
Promo 534
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti uğurlu layihəsini icra edib.Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyani zonada yerləşən bir sıra hərbi hissələrdə “Nar” danışıq nöqtəsi yatadıb.
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
Məqsəd əsgərlərimizin öz yaxınları, doğmaları ilə daha yaxın olmaları və mütamadi təmas qurmalarına dəstək olmaqdır.Hərbi hissələrdə yaradılan “Nar” danışıq nöqtəsində əsgərlər istədikləri qədər öz yaxınları ilə danışa biləcəklər.
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
Qeyd edək ki, bayram günü mobil operator vətən keşiyində duran əsgərlərimizi sevindirmək, onlara olan hörmətini bildirmək məqsədilə, cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəyə səfər edib və Azərbaycan ordusunun əsgərləri ilə görüşüb.
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
Bundan başqa, hərbi hissələrə əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif hədiyyələr də təqdim edilib.Əsgərlərlə görüşü zamanı “Nar”-ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq ikinci ildir ki, mobil operator Müdafiə Nazirliyi ilə birgə uğurlu layihəsini icra edir:
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
“Silahlı Qüvvələr Günündə əsgərlərlə birgə olmaq bizim üçün qürurvericidir.Ötən il sərhədyanı bölgədə xidmət edən 100-ə qədər əsgərin bayramı öz valideyni ilə birgə qeyd etməsində yaxından iştirak etdik.
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
Bu il isə 100-lərlə hərbçinin doğmaları ilə sərhədsiz ünsiyyət qurmaları üçün “Nar” danışıq nöqtələri yaratdıq. Vətənə bağlılıq kimi ümdə vəzifələrə hər zaman həssas yanaşan “Nar”, əsgərlərimizə hər hansı mənəvi dəstək göstrəməyi özünə borc bilir.Bu şərəfli yolda xidmət edən əsgərlərimizə yaxınları ilə öz sevinclərini və xoş xəbərlərini bölüşməsini arzulayırıq”.Qeyd edək ki, “Nar” ötən ilin martında Müdafiə Nazirliyi ilə birlikdə ölkəmizin müxtəlif bölgələrindən 100-dən çox valideynin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşünü təşkil edilmişdi.
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu bayram görüşü nəticəsində valideynlər cəbhədə xidmət göstərən övladları ilə bərabər Novruz bayramını qeyd etmişdi.Vətənə bağlılığın təşviqi Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmiş brendimizin əsas amallarındandır.“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib.
“Nar” bir sıra hərbi hissədə mobil danışıq nöqtəsi yaratdı
“Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.“Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əsgər analarına şad xəbər - Bu tarixdə qapılar açıq olacaq

Əsgər analarına şad xəbər - Bu tarixdə qapılar açıq olacaq

Silahlı Qüvvələr Günü ərəfəsində iyunun 22-də saat 10.00-da Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "A...

951 Sosial 15:47 14 iyun 2019

Son xəbərlər