Mövzu: Bank BTB kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dəstəyini davam etdirir.
Bank BTB kənd təsərrüfatının inkişafına dəstək məqsədi ilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığını davam etdirir.
Belə ki, aqrar sahə ilə məşğul olan sahibkarlar güzəştli kredit şərtləri ilə kənd təsərrüfatı texnikası, damazlıq heyvan alışı və s. zəruri mal və avadanlıqları əldə edə bilərlər. Nəzərinizə çatdıraq ki, 15.000 AZN-dək təqdim olunan mikro kreditlər 12 ay güzəşt müddəti olmaqla 3 ilədək təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12%-dir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlərin verilməsinə start verilmişdir.
Mikro kreditlərdən yararlanmaq istəyən şəxslər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat almaq mümkündür.
Oxşar xəbərlər
Bank BTB Füzuli rayonunda yeni filial açır
Şücaətli ordumuzun və Ali Baş Komandanımızın sayəsində Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz iqtisadiyyatımızın bütün sahələri üçün yeni səhifə açdı....