"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb

Mislinin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Foto Video
Promo 80

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendinin dəstəyi, Consensus İntellektual Mərkəzin təşkilatçılığı ilə keçirilən Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü uğurla yekunlaşıb.

Fevral ayında start götürən liqa 10 ay ərzində yüksək rəqabət və intellektual mübarizə ilə yadda qalan turnirlərə ev sahibliyi edib. Mövsüm ərzində ümumilikdə 22 turnir keçirilib və 20-dən artıq müəllifin hazırladığı suallar iştirakçılara təqdim olunub.

Maraqlı və gərgin keçən mövsümün yekununda Peşəkar İntellekt Liqasının qalibi "Interpretes United" komandası olub. "Old School" komandası ikinci, "Kranium" komandası üçüncü yerə layiq görülüb.

Peşəkar İntellekt Liqası çərçivəsində final oyununda "Qış Kuboku" üzrə də yarışlar təşkil olunub. Turnirdə birinci yerin qalibi "Boy"s Division" komandası olub. İkinci və üçüncü yerləri isə "V" və "CMYK" komandaları tutub.

Qalib və mükafatçılar kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Peşəkar İntellekt Liqası artıq üç ildir ki, "Misli"nin dəstəyilə həyata keçirilir. Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.

"Misli" gələcəkdə də ölkədə intellektual layihələrin inkişafına və bu istiqamətdə yeni təşəbbüslərin reallaşmasına dəstək göstərməyə davam edəcək.

Oxşar xəbərlər

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telekom" MMC-nin tərəfdaşlığı ilə Əmək...

18 Promo 10:27 23 dekabr 2025

Son xəbərlər