m10 elektron pulqabısı: paylaşmaq gözəldir, amma OTP kodu yox!
Son zamanlar m10 istifadəçilərinin birdəfəlik şifrə - OPT kodu üçüncü şəxslərə ötürməsi halları tez-tez baş verir. OTP kod - elektron pulqabını qeydiyyatdan keçirməyə imkan verir və maliyyə əməliyyatlarınızı təsdiqləyir. Nömrə sahiblərindən bu kodu alan dələduzlar m10-da qeydiyyatdan keçir, MilliÖN ödəniş terminalları ilə bonuslar alır, həmçinin ödənişlər zamanı keşbek qazanırlar.
m10 pulqabınızın təhlükəsizliyi üçün məlumatlarınızı gizli saxlayın, OTP kodu heç kimlə paylaşmayın. Diqqətli olun, bonuslar və keşbekləri özünüz qazanın!
Suallarınızı m10-nun *8810 dəstək xidmətinə yönləndirə bilərsiniz. Bizimlə Intagram və Facebook üzərindən də əlaqə saxlaya bilərsiniz.
Oxşar xəbərlər
Bank of Baku-dan “Black Friday”ə özəl kampaniyalar!
Endirimləri, təklifləri ilə hər kəsin həyəcanla gözlədiyi “Black Friday” gününə Bank of Baku da öz kampaniyaları ilə rəng qatacaq. Belə ki, Bank of Baku yalnız...