Huawei tərəfindən Azərbaycanın Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib - FOTO

Huawei tərəfindən Azərbaycanın Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib - FOTO
Promo 125

Yeni təhsil ilinin başlanğıcında, Huawei, Azərbaycan Respublikası Xəzər rayonu şagirdlərinə məktəb ləvazimatlarını ianə edib.

İanə mərasimində, Xəzər rayonu İcra Hakimi, Milli Məclis üzvləri Soltan Məmmədov və Rauf Əliyev, Huavei Technologies Azərbaycan MMC–nin Baş Direktoru Xu Hui, Huawei-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya departamentinin Avrasiya regionu Birləşmiş Ölkələri üzrə vitse-prezidenti Chen Liang və digər rəsmilər iştirak ediblər.

Huawei tərəfindən Azərbaycanın Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib - FOTO

Xəzər rayonu İcra Hakimi Elşən Salahov, Azərbaycanda təhsilə verilən diqqət və qayğı haqqında danışdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsillə bağlı təşəbbüsləri cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.

Milli Məclisin üzvü Soltan Məmmədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti şəhid ailələri və veteranlara xüsusi həssaslıqla yanaşırlar. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunda yeni məktəblərin tikildiyini, bir sıra məktəblərin əsaslı təmir olunduğunu vurğulayıb.

Huawei tərəfindən Azərbaycanın Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib - FOTO

"Biz, daha çox istedadlı gənclərin yetişdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik. Biznes fəaliyyətindən başqa, KSM (Korporativ Sosial Məsuliyyət ) fəaliyyətləri bizə daim irəliləməyə ilham verir", - deyə Huawei Azərbaycanın Baş Direktoru David Xu bildirib.

Tədbir zamanı imkansız ailələrdən olan 50-yə yaxın şagirdə məktəb ləvazimatları və məktəbli formaları təmənnasız təqdim olunub.

Huawei tərəfindən Azərbaycanın Xəzər rayonundan olan uşaqlara maddi dəstək göstərilib - FOTO

İKT infrastrukturunun və ağıllı cihazların aparıcı qlobal təchizatçısı olaraq, Huawei Azərbaycanın İKT sektorunun uzunmüddətli davamlı inkişafına köməklik göstərmək öhdəliyini götürüb. Huawei inanır ki, təhsil - yeni imkanlar yaratmaq və davamlı və sağlam inkişaf yolunu təşviq etmək üçün bir açardır. Buna görə də, təhsil və biliklərin ötürülməsi Huawei-in qlobal Korporativ və Sosial Məsuliyyət (KSM) fəaliyyətlərinin əsas prioritetidir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər