Əlavə səs-küydən uzaq, təmiz səs - Huawei ilə rahatlığı eşit
Huawei şirkəti Azərbaycanda ətraf səslərin aktiv şəkildə azaldılması texnologiyası ilə simsiz HUAWEI FreeBuds 4 Bluetooth-qulaqlıqlarının satışa 24 sentyabr 2021-ci il tarixində çıxarılması barədə elan etdi.
Bu qulaqlıqlarda açıq tipli quruluşun rahatlığı və kanaldaxili modellərin səs keyfiyyəti bir araya gəlib. Yeni cihaz iki mikrofonlu Open-fit ANC 2.0 ətraf səslərin aktiv şəkildə azaldılması sistemi və əvvəlcədən təyin olunan on variantdan daha uyğun parametrləri seçən Adaptive Ear Matching (AEM) adaptiv sərbəst sazlama texnologiyası ilə təchiz olunub.
Bunun sayəsində qulaqlıqlar fərqli qulağa oturma dərinliyində xarici səs-küyün qarşılıqlı səs dalğası ilə effektiv şəkildə aradan qaldırılmasını təmin edir.
HUAWEI FreeBuds 4 səsin yüksək dərəcədə detallaşdırılmasını və reallığını təmin edərək, səslərin 48 kHs-dək geniş tezlik diapazonunda yazılmasını təmin edən yüksək həssaslığa malik mikrofonla təchiz olunub.
Mikrofon iki rejimdə işləyir, rejimləri HUAWEI AI Life tətbiqində dəyişdirmək mümkündür. Ətraf-mühit rejimi səslə birlikdə ətraf səsləri də yazmağa imkan verir, Səslər rejimində isə intellektual alqoritm ətrafdakı səs-küyü aradan qaldıraraq, danışanın səsini ayırıb yaxşılaşdırır.
Maye-kristal polimerdən (LCP) membranlarla 14,3 mm-lik dinamiklər geniş tezlik diapazonunu (40 kHs) canlandırmaq imkanına malikdir. Membranın rezonansını gücləndirən həcmi 15% artırılan bas borusu hesabına aşağı tezliklərin səsləndirilməsi yaxşılaşdırılıb.
EMUI 10.1 interfeysi ilə və ya daha yeni versiyalı Huawei mobil cihazlarına qoşulan zaman siqnal ləngiməsi maksimum 150 ms təşkil edir.
Yüksək sinxronluq dinamik video oyunları sevənlərə təhlükələrin qarşısını daha tez almağa və simsiz qulaqlıqlarla oyundan zövq almağa imkan yaradır. Cütləşmə alqoritmləri də təkmilləşdirilib.
HUAWEI FreeBuds 4 qulaqlıqlarını həm bulud vasitəsilə, həm də batareya qabının açılması ilə avtomatik qoşmaq mümkündür.
Bu qulaqlıqlar eyni anda iki cihaza qoşula bilir. Məsələn, eyni qulaqlıqla həm noutbukda film izləyə, həm də telefona daxil olan zəngə cavab verə bilərsiniz. Musiqi və ya video avtomatik olaraq dayandırılacaq, qulaqlıqlar isə danışıq rejiminə keçəcək.
HUAWEI AI Life Səs cihazlarının Qoşulma Mərkəzi yeni qoşulan 10-a qədər cihazı yadda saxlayır, bu isə qulaqlıqları sadə toxunuşla onlardan hər hansı birinə qoşmağa imkan verir.
Şirkətin mühəndisləri hər biri 4,1 q çəkiyə malik olan erqonomik qulaqlıqlar hazırlayıb. Batareya qabı da daha yüngül olub.
İndi o 21,2 mm qalınlığa və 38 q çəkiyə malikdir. Yığcamlığına baxmayaraq, HUAWEI FreeBuds 4 yüksək avtonomluğa malikdir. Ətraf səslərin azaldılması sistemi qoşulu olmadıqda, HUAWEI FreeBuds 4 qulaqlıqları ilə dörd saat ərzində musiqi dinləmək mümkündür, batareya qabı isə iş müddətini 22 saatadək artırır.
Sürətli enerji doldurma texnologiyasının dəstəklənməsi cihazı musiqi dinləmək üçün cəmi 15 dəqiqəyə 2,5 saatlıq enerji ilə doldurmağa imkan verir.
HUAWEI FreeBuds 4 Azərbaycanda “Keramik bəyaz” və “Buz gümüşü” rənglərində satılır. Azərbaycanda Huawei FreeBuds 4 qulaqlıqları eksklüziv olaraq Kontakt Home mağazalar şəbəkəsində təqdim olunub.
İstənilən köhnə qulaqlıqlarınızı Kontakt Home-a gətirin və yeni Huawei FreeBuds 4 qulaqlıqlarını 70 manat endirimlə və ya ilkin ödənişsiz 18 ay faizsiz əldə edin.
Həmçinin 90 günlük Yandex Music pulsuz abunə olun. Məhsul barədə ətraflı məlumat üçün https://consumer.huawei.com/az/audio/freebuds4/ daxil olun.
Oxşar xəbərlər
Huawei ilə rahatlığı eşit - yeni HUAWEI FreeBuds 4 qulaqlıqları yaxın günlərdə Azərbaycanda təqdim olunacaq
Huawei şirkəti Azərbaycanda açıq tipli ANC 2.0 ilə ətraf səslərin aktiv şəkildə azaldılması texnologiyası ilə simsiz HUAWEI FreeBuds 4 Bluetooth-qulaqlıqlarını...