Huawei ilə rahatlığı eşit - yeni HUAWEI FreeBuds 4 qulaqlıqları yaxın günlərdə Azərbaycanda təqdim olunacaq
Huawei şirkəti Azərbaycanda açıq tipli ANC 2.0 ilə ətraf səslərin aktiv şəkildə azaldılması texnologiyası ilə simsiz HUAWEI FreeBuds 4 Bluetooth-qulaqlıqlarını təqdim edir.
Əvvəlki FreeBuds 3 versiyası ilə müqayisədə cihaz daha yüngüldür və istifadəsi daha rahatdır. Yeni simsiz qulaqlıqlar yüksək keyfiyyətdə səslə təmin olunub və smartfona, o cümlədən digər cihazlara sürətlə qoşulur.
HUAWEI FreeBuds 4 xüsusilə açıq tipli quruluşa malik qulaqlıqlar üçün hazırlanan, aparat və proqram səviyyəsində yenilənmiş Open-fit ANC 2.0 ətraf səslərin azaldılması texnologiyası ilə təchiz olunub. İki mikrofon sayəsində sistem ətraf səsləri yüksək dəqiqliklə tutmağa və səs-küyü maksimal dərəcədə neytrallaşdırmağa imkan verir.
Müxtəlif vəziyyətlərdə ətraf səslərin azaldılması effektivliyinin artırılması üçün HUAWEI FreeBuds 4 Adaptive Ear Matching (AEM) texnologiyası ilə təmin olunub. Ətraf səslərin aktiv şəkildə azaldılması sistemi qoşulduqda qulaqlıqlar qulaq seyvanının formasını avtomatik olaraq müəyyən edir və şəraitdən asılı olmayaraq istifadəçinin rahatlığını tam təmin edən optimal sazlamaları seçir.
Yeni HUAWEI FreeBuds 4 qulaqlıqlarında maye-kristal polimerdən (LCP) kompozit membranı istifadə olunub. Bu membran yüksək keyfiyyətə və icazəyə malik səsi təmin edərək, 40 kHs-dək tezlikləri canlandıra bilir. Bundan əlavə, qulaqlıqlar güclü basları təmin edən 14,3 millimetrlik dinamiklərlə təchiz olunub.
Aşağı tezliklərin canlandırılması yenilənmiş aşağı tezlikli modul, sərbəst hermetik səs boşluğu əmələ gətirən bas borusu və lövhə hesabına təkmilləşdirilib. FreeBuds 3 ilə müqayisədə yeni modelin hava keçirmə qabiliyyəti yaxşılaşdırılıb və o yüksək akustik təzyiqi təmin edir. Bas borusunun həcmi 15% artırılıb, bu isə membranın rezonansını gücləndirir.
HUAWEI FreeBuds 4 qulaqlıqlarının yığcam batareya qabı 38 q çəkiyə, 21,2 mm qalınlığa malikdir, əvvəlki modellə müqayisədə 6,3% daha kompakt və 20,8% daha yüngüldür. Batareya qabı sadə işləmələrlə simmetrik dairəvi korpusa malikdir. Hər qulaqlığın yüngül çəkisi (4,1 q) sayəsində cihaz bütün gün ərzində istifadə rahatlığını təmin edir.
HUAWEI FreeBuds 4 bir neçə qoşulma variantı təklif edir: bulud vasitəsilə və ya batareya qabının açılması ilə məsafədən. Simsiz qulaqlıqlar eyni anda iki cihaza qoşula bilir, məsələn smartfon və planşet, FK və smart-saat, Android, iOS və ya Windows əsasında istənilən digər cihaz. Beləliklə, mobil telefona daxil olan heç bir zəngi və bildirişi qaçırmadan, planşetdə, noutbukda, ağıllı ekranda və digər cihazlarda sevdiyiniz musiqilərdən zövq ala bilərsiniz. HUAWEI AI Life ekosisteminə daxil olan Audioqoşulma Mərkəzi funksiyası yeni qoşulan 10 cihazı yadda saxlayır və sadə toxunuşla qulaqlıqları onlardan hər hansı birinə qoşmağa imkan verir.
Ətraf səslərin azaldılması sistemi qoşulu olmadıqda, HUAWEI FreeBuds 4 qulaqlıqları ilə dörd saat ərzində musiqi dinləmək mümkündür. Dəstə daxil olan batareya qabı sayəsində isə avtonom iş müddəti 22 saatadək artır. Şirkətin sürətli enerji doldurma texnologiyası 2,5 saatlıq audio dinləmək üçün cihazı cəmi 15 dəqiqəyə enerji ilə doldurmağa imkan verir.
Azərbaycanda Huawei FreeBuds 4 qulaqlıqları eksklüziv olaraq Kontakt Home mağazalar şəbəkəsində təqdim olunacaq. İstənilən köhnə qulaqlıqlarınızı Kontakt Home-a gətirin və yeni Huawei FreeBuds 4 qulaqlıqlarını 70 manat endirimlə və ya ilkin ödənişsiz 18 ay faizsiz əldə edin. Həmçinin 90 günlük Yandex Music və Kinopoiska pulsuz abunə olun.
Oxşar xəbərlər
HUAWEI WATCH FIT Elegant Edition təkmilləşdirilmiş ağıllı həyat təcrübəsi təklif edir - FOTO
Huawei Consumer Business Group (BG) bu gün HUAWEI WATCH FIT seriyasının yeni üzvü olan HUAWEI WATCH FIT Elegant Edition təqdim etdi. Yeni buraxılış, buz bəyazı...