Bank xidmətlərini onlayn reallaşdırın
Daim müştərilərinin qayğılarına həssas yanaşan Expressbank istənilən durumda onların məmnun qalması üçün bir sıra təbdirlər həyata keçirir.
Belə ki, COVID-19 pandemiyasını və bundan irəli gələn karantin rejimini nəzərə alan Expressbank, müştərilərinin rahatlığı və təhlükəsizliyi, həmçinin hüquqi şəxslərin və fərdi sahibkarların biznesində yarana biləcək çətinliklərin azaldılması məqsədilə mümkün bank xidmətlərindən onlayn faydalanmağı tövsiyə edir. Çünki, məhz bu xidmətlər üçün Expressbank-ın İnternet Bankçılıq xidməti mövcuddur.
İnternet Bankçılıq müştəriyə internet vasitəsilə pul dövriyyələrinin izləməsinə, onlayn ödənişlər, bank daxili və xarici pul köçürmələrini etməyə imkan yaradan proqram təminatıdır.
Müştəri banka gəlmədən, məsafədən və günün istənilən vaxtı şəxsi kabinetinə daxil olaraq təhlükəsiz şəraitdə növbəti əməliyyatları reallaşdıra bilər:
- Əmək haqqı köçürmələri:
- Bank daxili köçürmələri;
- Banklar arası köçürmələri (Standart Ödənişlər, Dövlət Xəzinədarlıq(DXA ƏDV) və Büdcə ödənişləri)
Həmçinin, xatırlatmaq istərdik ki, fiziki şəxslər kredit ödənişlərini; depozit və kart hesabının artırılması; bir sıra hökümət ödənişləri (DYP cərimələri, DİN, DSMF, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Bakı Nəqliyyat Agentliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmanətlərin Sığortalanması Fondu, məhkəmələr, bələdiyyələr üzrə ödəmələr); kommunal; sığorta üzrə ödənişləri Expresspay mobil əlavəsi və ya ölkə üzrə 700-dən çox quraşdırılmış Expresspay ödəmə terminalı vasitəsilə həyata keçirə bilərlər.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə daha ətraflı məlumat üçün www.expressbank.az saytına daxil ola bilərsiniz.
Oxşar xəbərlər
Bayram fürsətini qaçırmayın!
İstər biznes krediti, istər nağd pul kreditini Expressbank-da əldə etmək daha rahatdır! Xüsusilə nəzərə alsaq ki, Expressbank hər iki istiqamətdə mütəmadi olara...