Bank of Baku-dan KƏND TƏSƏRRÜFATINA DƏSTƏK!

Bank of Baku-dan KƏND TƏSƏRRÜFATINA DƏSTƏK!
Promo 1182

Kiçik sahibkarlığın inkişafına daim dəstək olan Bank of Baku kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün güzəştli şərtlərlə kreditlərin verilməsini davam etdirir.

Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 08 aprel tarixli fərman əsasında aqrar sahənin maliyyələşdirilməsi üçün Prezident Fondundan 30 milyon manat vəsait ayrılıb.

Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıqda kiçik sahibkarların bu vəsait hesabına kreditləşməsində Bank of Baku da müvəkkil bank olaraq aktiv iştirak edir.

Belə ki, əkinçilik, heyvandarlıq, bağçılıq, quşçuluq və digər kənd təsərrüfatı sahəsi ilə məşğul olan kiçik sahibkarlar güzəştli şərtlərdən faydalanaraq, 15.000 AZN-dək mikrokrediti Bank of Baku-dan,

  • Girovsuz;
  • İllik 12%-dək;
  • 36 ay müddətinədək əldə edə bilərlər.

Müştərilərə təqdim edilən güzəştli şərtlərin arasında ən mühüm üstünlüklərdən biri də kreditin ilk ilində onların əsas borc ödənişindən azad olmalarıdır. Yəni, müştərilər ilk 12 ay ərzində ancaq faiz borcunu ödəyərək, əsas borc ödənişinə 13-cü aydan başlayacaqlar.

Cari olaraq, qeyd edilən güzəştli şərtlərdən faydalanmaq üçün Bank of Baku-ya 100-dən çox müraciət daxil olmuşdur ki, onun da 50%-dən çox hissəsi müsbət cavablandırılaraq, maliyyələşdirilmişdir.

Qeyd edək ki, Bank of Baku kiçik sahibkarlarla yanaşı, iri biznes sahiblərinin də yanındadır. Belə ki, Sahibkarlığın İnkişafına Dəstək Fondu və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq çərçivəsində Bank sahibkarlara güzəştli şərtlər əsasında iri məbləğdə kreditlər təklif edir.

Hal-hazırda, Bank of Baku 5-i region olmaqla, ümumilikdə 18 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir.

Bankın filialları, təqdim etdiyi məhsul və yeniliklər haqqında ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi rəsmi veb səhifəsinə www.bankofbaku.com daxil olaraq tanış olmaq mümkündür.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Son xəbərlər