Bank BTB-də yeni vakansiyalar!

Bank BTB-də yeni vakansiyalar!
Promo 4

Bank BTB Mikro kreditKOB üzrə Bakı, Sumqayıt və Gəncə filiallarına Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş Mütəxəssis və Bölmə Rəhbəri, Kreditlərin inzibatçılığı üzrə isə Kiçik, Aparıcı və Baş Mütəxəssis, İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı axtarışındadır.

Bank BTB-nin peşəkar komandasına qoşulmaq istəyən, özünə və biliklərinə güvənən, daim üzərində işləyib davamlı inkişaf edən və karyera irəliləyişlərinə can atan mütəxəssislər qeyd edilən vakansiyalar üzrə müraciət edə bilərlər.

Mikrokreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis

İş barədə məlumat:

  • Bankın bütün müştərilərini yeni və mövcud biznes kredit məhsulları ilə tanış etmək;
  • Kredit məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirmək;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparmaq;
  • Müştərilərin ödəniş qabiliyyətini təyin etmək üçün analizlər aparmaq;
  • Ehtiyac yarandıqda müştərilərin ödəniş tapşırıqlarını həyata keçirmək;
  • Müştəriyə, girov qoyana, zaminə öhdəlikləri barədə məlumat vermək;
  • Kredit üzrə tranşın verilməsi və verifikasiya edilməsi üçün sənədləri Kredit şöbəsinin rəhbərinə təqdim etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Kreditləşmə sektorunda iş təcrübəsi;
  • Ünsiyyətqurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • MS office proqramında işləmə bacarığı.

KOB (Kiçik və orta biznes) kreditləri üzrə Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis

İş barədə məlumat:

  • Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam yerinə yetirmək;
  • Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın kiçik və orta biznes kreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
  • KOB müştərilərinə aid olan bankın yeni məhsul/xidmətlərinin bazarda rəqabətə uyğun inkişafında fəal iştirak etmək və bazarda tanıdılmasını təşviq etmək;
  • Müştərilərin kredit sifarişlərini qəbul etmək, onların maliyyə təhlillərini həyata keçirmək və müvafiq səviyyəli Kredit Komitələrinə təqdim etmək;
  • Özünün kredit portfelinin kredit ödənişlərinə, kredit tarixçəsinə nəzarət etmək mütəmadi olaraq portfelin monitorinqini həyata keçirmək;
  • Yaranan hər hansı bir problemi düzgün və vaxtında qiymətləndirib müvafiq olaraq rəhbərinə məlumat vermək, həmçinin problemin həlli yolları barədə təkliflər vermək;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Kreditləşmə səhəsində iş təcrübəsi;
  • Ünsiyyətqurma bacarığı;
  • Analitik təhlil qabiliyyəti;
  • Təqdimetmə və satış bacarığı;
  • MS office proqramında işləmə bacarığı.

Mikrokreditlər üzrə bölmə rəhbəri

İş barədə məlumat:

  • Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
  • Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın mikrokreditləşmə əməliyyatlarının və monitorinqlərin həyata keçirilməsini təmin etmək;
  • Bankın mikro kreditlərə aid olan məhsul və xidmətlərinin satışı və cari portfelin vəziyyəti haqqında müvafiq hesabatları hazırlamaq, təhlil edib məruzə etmək;
  • Mikro kreditlərə aid olan bankın yeni məhsul/xidmətlərinin bazarda rəqabətə uyğun inkişafında fəal iştirak etmək və bazarda tanıdılmasını təşviq etmək;
  • Mikro kredit işlərinin hazırlanıb, mikro kredit və ya daha yuxarı Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək və nəzarət etmək;
  • Filialın mikro kredit portfelinin kredit ödənişlərinə, kredit tarixçəsinə nəzarət etmək, mütəmadi olaraq portfelin monitorinqini həyata keçirmək;
  • Yaranan hər hansı bir problemi düzgün və vaxtında qiymətləndirib, şöbə rəhbəri və ya departament rəhbərinə məlumat vermək, həmçinin problemin həlli yolları barədə təkliflər vermək;
  • Bank sirrinin qorunmasını təmin etmək və əməkdaşların da buna əməl etməsinə nəzarət etmək.

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Kreditləşmə sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Ünsiyyətqurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • Planlaşma və təşkiletmə bacarığı;
  • Komanda idarəetmək bacarığı;
  • MS office proqramında işləmə bacarığı.

KOB kreditlər üzrə bölmə rəhbəri

İş barədə məlumat:

  • Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam yerinə yetirmək;
  • Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın kiçik və orta biznes kreditləşmə əməliyyatlarının və monitorinqlərin həyata keçirilməsini təmin etmək;
  • Bankın KOB kreditlərə aid olan məhsul və xidmətlərinin satışı və cari portfelin vəziyyəti haqqında müvafiq hesabatları hazırlamaq, təhlil edib məruzə etmək;
  • KOB müştərilərinə aid olan bankın yeni məhsul/xidmətlərinin bazarda rəqabətə uyğun inkişafında fəal iştirak etmək və bazarda tanıdılmasını təşviq etmək;
  • Kreditlərin işlərinin hazırlanıb və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək və nəzarət etmək;
  • Filialın kredit portfelinin kredit ödənişlərinə, kredit tarixçəsinə nəzarət etmək mütəmadi olaraq portfelin monitorinqini həyata keçirmək;
  • Yaranan hər hansı bir problemi düzgün və vaxtında qiymətləndirib, şöbə rəhbəri və ya departament rəhbərinə məlumat vermək, həmçinin problemin həlli yolları barədə təkliflər vermək;
  • Bank sirrinin qorunmasını təmin etmək və əməkdaşların da buna əməl etməsinə nəzarət etmək;

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Kreditləşmə sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Ünsiyyətqurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • Planlaşma və təşkiletmə bacarığı;
  • Komanda idarəetmək bacarığı;
  • MS office proqramında işləmə bacarığı.

İnformasiya Texnologiyaları departamenti üzrə Şəbəkə inzibatçısı

Namizədə tələblər:

  • Ali təhsil (Texniki ixtisaslara üstünlük verilə bilər);
  • Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
  • CCNA, CCNP səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır);
  • Cisco (switch, router, firewall) avadanlıqları konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
  • Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək;
  • Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
  • Şəbəkədəki nasazlıqların və pozuntuların səbəblərini təhlil edilməsi, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
  • Xarici, daxili və beynəlxalq rabitə və internet çıxışlarının təmin edilməsi və fəaliyyətinə nəzarət edilməsi;
  • Monitorinq sistemi vasitəsilə infrastrukturun şəbəkə elementlərinə nəzarət edilməsi;
  • Komandada işləmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər