"Azercell Cup – 2026" proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Şagirdlərin rəqəmsal texnologiyalara marağının artırılması və proqramlaşdırma bacarıqlarının inkişafına yönəlmiş "Azercell Cup-2026" müsabiqəsinin ikinci mərhələsi uğurla yekunlaşıb.
Müsabiqənin yarımfinal mərhələsində 211 şagird iştirak edib. Avtomatik qiymətləndirmə sistemi vasitəsilə 2339 həll yoxlanılıb.
Yarımfinal mərhələsində 200 və daha çox bal toplamış 160 şagird finalda iştirak hüququ qazanıblar. Müsabiqənin final mərhələsi 26 sentyabr 2026-cı il tarixində əyani formatda keçiriləcək.
Artıq beşinci dəfə təşkil olunan "Azercell Cup" ümumtəhsil müəssisələrinin VI–VII sinif şagirdləri arasında proqramlaşdırma, alqoritmik düşüncə və rəqəmsal bacarıqların inkişafına xidmət edir.
Müsabiqənin məqsədlərindən biri də istedadlı şagirdlərin erkən yaşlardan müəyyən edilərək informatika, süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramlarına cəlb olunmasıdır.
Oxşar xəbərlər
Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi
"Baku Steel Company" QSC 21–23 oktyabr 2026-cı il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş "Türkmənistanın Neft və Qazı" (OGT 2026) 31-ci Beynə...