Avrora şirkəti yeni vakansiyalar elan edib

Avrora MMC 23 yanvar 2025-ci il tarixində yeni yaradılan vakansiyalar üzrə işçi qəbulu üçün "Açıq Qapı" günü təşkil edəcək. "Açıq Qapı" günündə iştirak edən müraciətçilər imtahan və müsahibədən uğurla keçərsə işə qəbul olunacaqlar.
İşə qəbul zamanı əsasən "satış nümayəndəsi", "merçendayzer" və "fəhlə" vakansiyaları üzrə namizədlər dəyərləndiriləcək.
Qeyd edək ki, şirkət komanda rifahını və müştəri məmnuniyyətini öz fəaliyyətinin əsas prinsipləri kimi qəbul edir. Davamlı inkişaf edən və hər gün yeni uğur qazanan bir komandanın üzvü olmaqdan ötrü "Açıq Qapı" işaxtaran və iş yerini dəyişmək istəyənlər üçün bir fürsətdir.
Açıq qapının keçiriləcəyi məkan: Avrora MMC baş ofisi (Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küç. 46 C)
Tarix: 23 yanvar 2025
Saat: 10:00-17:00

Oxşar xəbərlər
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən "Yerli şirkətlərin tanıtım sərgisi" başa çatdı
18-21 iyun 2025-ci il tarixində paytaxt Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib. Kapital Bank-ın rəsmi tərəfdaşlığı ilə keçi...
