“Optimal Yay Festivalı”-nın növbəti konserti 06 avqust tarixində Salyan şəhərində keçirildi.

Minlərlə Salyan sakininin iştirak etdiyi konsert proqramının açılış nitqində 1997-ci ildən etibarən xalqımıza məişət texnikası, elektronika və mebel sahəsində keyfiyyətli və sərfəli xidmət göstərən “Optimal” şirkətinin başlatdığı “Optimal Yay Festivalı” kampaniyasından bəhs edildi.

Daim ilklərə imza ataraq müştərilərini sevindirən Optimal, Yay Festivalı kampaniyası çərçivəsində Azərbaycanın bölgələrində sevimli ifaçıların iştirakıyla konsert proqramları keçirərək müştərilərinə daha yaxın olmağı qarşısına məqsəd qoymuşdur.

Kampaniyanın siması, Bəstəkar, müğənni Murad Arif və teleaparıcı Zümrüd Bədəlovanın aparıcılığı ilə başlayan konsert proqramında ifaçılardan Qurd, Orxan Babazadə, Niyam Salami, Rahidə Baxışova, Rəvan Qarayev, Humay Qədimova, Rəqqasə Fatimənin rəqs qrupu, Nazilə Əliyeva yeni mahnılarıyla pərəstişkarlarını sevindirdilər.

Konsertin sonunda aparıcılar konsertin keçirilməsini təşkil edən Optimal Elektronika MMC və Xəzər Media Mərkəzinə, xüsusi dəstək göstərən Salyan şəhər İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmova təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, “Optimal” şirkəti 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyasında “Şansınız Optimal Olsun” devizi altında elektronika və mebel mağazalarında hər 300 manatlıq nağd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir.

Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima”  avtomobili sizin ola bilər.

Optimal bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaqdır.
Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”

Optimal - Keyfiyyəti əlçatan etdik.

Ətraflı: 012 954 / www.optimal.az
BAKU.WS
QALEREYA