SİZİN REKLAM BURADA!
055 213 76 73


ByCafeCity ailəsi sizi əzəli torpaqlarımızda yerləşən və Azərbaycan memarlığının incisi hesab olunan Şuşa qalasındakı“Şuşa Qala” restoranında salamlamaqdan məmnunluq duyur.
Azərbaycan mətbəxinin təamlarını təqdim edən “Şuşa Qala” restoranının açılışının məhz “CafeCity” milli brendinin fəaliyyətinin 15 illiyi ərəfəsinə təsadüf etməsi bizim üçün ikiqat bayrama çevrildi. Bu iki əlamətdar hadisəni eyni vaxtda qeyd etmək bizə böyük fəxarət hissi yaşadır.
 
Bizə sülh və sevinc bəxş edən, doğma Qarabağ torpağımızın gözəlliyini öz gözlərimizlə görmək imkanını geri qaytaran hərkəsin qarşısında baş əyirik.
 
Bu layihənin həyata keçirilməsində göstərdikləri birgə fəaliyyətə görə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fonduna və “Bank Respublika"- ya da dərin təşəkkürümüzü bildirmək istərdik.

BAKU.WS
VİDEO