SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkənin qabaqcıl internet provayderi CityNetAzərbaycanda ilk dəfə olaraq dünyanın məşhur TV platformaları ilə əməkdaşlığa başladı. Yeni əməkdaşlıqlar nəticəsində “CityNet” Blu-TV”, “Canal+Group” və “Setanta Sports”a daxil olan kanalları Azərbaycana gətirir.

Artıq mart ayından etibarən “CityNet” müştəriləri Türkiyə istehsalı eksklüziv məzmunları və məşhur kino ulduzlarının çəkildiyi serialları “Blu-TV Play1” kanalından ödənişsiz izləyir.

CityNet-in İnternet+TV paketinə qoşulan müştəriləri təmamilə ödənişsiz şəkildə Dizi, Filmbox, FilmBox Arthouse, FunBox UHD, Fast&FunBox, DocuBox, Gametoon, 360 TuneBoxFightBoxkanalları izləyə bilərlər. Bu kanallar “Canal+Group”-a daxil “SPI International” ilə əldə olunan razılaşma çərçivəsində CityNet-in TV yayımı xidmətinə daxil edilib.

Bu kanallarda müştərilər Hollivud kinoları, sənədli filmlər, Türkiyə istehsalı seriallar, müxtəlif əyləncəli verilişlər, oyunlar izləyə və fərqli janrlarda musiqilər dinləyə bilərlər.

Dünyanın top futbol liqalarını, NBA, F1 kimi mühüm idman yarışlarını, eləcə də, böyük tennis turnirlərini yayımlayan Setanta Sports kanalları da artıq “CityNet istifadəçiləri üçün aktivdir. Setanta Sportsvə digər idman kanallarını («Футбол», «Матч»və s.) əhatə edən paketə qoşulma haqqı 2 AZN təşkil edir. Mövcud CityNet müştəriləri isə bu paketdən ilk ay ödənişsiz yararlana bilərlər.

“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.azsaytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.

BAKU.WS