SİZİN REKLAM BURADA!
055 213 76 73


Smartfon istehsalı üzrə dünya liderlərindən olan “Infinix” beynəlxalq texnologiya şirkəti Azərbaycanda yeni “Infinix Zero 30” smartfonunu təqdim edib. Yeni model yüksək ayırdetmə qabiliyyətinə malik kameralardan savayı (108 MP əsas və 50 MP ön kamera) diaqonalı 6,78 düym olan böyük, əyri Corved 3D Amoled displey və 120 Hz yeniləmə tezliyi ilə təqdim olunur.

Qonaqları, tərəfdaşları və blogerləri yeni vloqfonla yaxından tanış etmək üçün şirkət Infinix ZERO 30 smartfonunun təqdimatını keçirdi.

“Biz fəxr edirik ki, mobil telefon bazarında böyük tələbatı olan, müxtəlif yaş və maraq dairəsinə malik olan istifadəçilərin ehtiyaclarına cavab verən məhsullar yarada bilmişik. Gündən günə artan tələbat və sürətli satışlar buna sübutdur. Məqsədimiz ən müasir smartfonları hər kəs üçün əlçatan etməkdir. Buna görə də biz daim yeni, daha da təkmilləşdirilmiş cihazlar yaratmaq üçün çalışırıq”, - deyə Cənubi Qafqaz üzrə regional direktor Cəmil Topçibaşev bildirib.

“Biz Infinix Zero 30-u yaratdıq ki, bütün dünyada gənclər öz hekayələrini yüksək keyfiyyətli vloglar vasitəsilə çəksinlər. “Zero 30” texniki maneələri aradan qaldırmaqla çoxsaylı istifadəçilərin öz hekayələrini bölüşmək arzusunu həyata keçirdi - onlara 50 MP ön kamerası ilə 2K çəkilişlər etmək imkanını yaratdı və bununla da uğur qazandı”, – deyə, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Regional Marketinq Direktoru İradə Həsənova söylədi.

Bir çox blogerlər Zero 30 smartfonunun 50 MP-lik ön kamerası və UltraHD (2K/30FPS) video çəkiliş imkanları ilə bağlı öz təəssüratlarını paylaşdı. Məşhur azərbaycanlı bloger Hüseyn Həsənov “Qiymət Keyfiyyət TOP” qeyd edərək instaqram səhifəsinin “hekayə” bölməsində paylaşıb.

Azərbaycanın digər populyar texblogerləri cihaz üzrə şəxsən kraştest keçirdilər – smartfonun ekranı ilə mismar vuraraq ekranın cüzi də olsa zədələnməməsinin şahidi oldular.

Xüsusi kino çəkiliş rejimləri ilə yanaşı, “Infinix Zero 30” geniş auditoriya üçün peşəkar vloqlar yaratmaq imkanları açır. Tezliyi 2,2 GHz-ə qədər olan yüksək performanslı 8 nüvəli MediaTek Helio G99 prosessoru tətbiqlər arasında keçidlərin  rahatlığına və resurs tutumlu proqramlarda asanlıqla çalışmağına zəmanət verir: “Biz hər zaman istifadəçilərimizin qarşısına yeniliklərlə gəlirik və bu dəfə də istisna deyil. Zero 30 seriyasının iki smartfonu zərif dizaynı ilə fərqlənir, onlar güclü prosessorlarla və möhtəşəm kameralar ilə təchiz olunub. Bu isə peşəkar vloqlar çəkmək və oyun oynamaq üçün geniş imkanlar deməkdir. Zero 30 seriyası yüksək texniki xüsusiyyətlərə malikdir və orta qiymət və büdcə  seqmentində ən yaxşı smartfon olduğunu iddia edir”, - smartfonları təqdim edərək Cəmil Topçibaşev qeyd edib.

Yüksək performans, böyük yaddaş tutumu

Çox sayda videoməzmunun 2K formatda yazılması və işlənməsi yüksək səviyyəli sistem performansı və böyük operativ və daimi yaddaş  həcmi tələb edir.

Cihaz 16 Gb-dək genişləndirilə bilən 8 Gb RAM və 256 Gb ROM ilə istənilən tapşırığın öhdəsindən asanlıqla gəlir.

Smartfon 5000 mAh batareya ilə təchiz olunub və cihazı 30 dəqiqə ərzində 75%-ə qədər enerji ilə dolduran 45 Vt gücündə super sürətli şarj adapteri ilə təqdim olunur.

2K 30 FPS: peşəkar səviyyədə çəkiliş

“Infinix Zero 30”un 50 meqapiksellik ön kamerası saniyədə 30 kadr olmaqla yüksək keyfiyyətli 2K video çəkməyə qadirdir.

İstifadəçilər nəinki ən incə detalları belə əks etdirən inanılmaz videoçarxlar yarada biləcək, həm də özlərini əsl kinorejissor kimi hiss etdirən bir neçə unikal video rejimindən yararlanacaqlar. Hər dublda görüntü fazalı avtofokus sayəsində aydın və heyrətamiz olacaq. Eyni görüntü effekti zəif işıqlandırma şəraitində selfi çəkdikdə ikili flaş funksiyası sayəsində əldə olunur.

“Zero 30”un əsas kamerası 108 Mp-dir və digər standart smartfon obyektivlərlə ilə müqayisədə cihaz böyük, 1/1,67 düymlük sensor və 10% daha çox işıq verən şüşə obyektivi sayəsində zəif işıqlandırma şəraitində yüksək keyfiyyətli şəkillər çəkməyə qadirdir.

Bundan əlavə, foto və videolarda  təsvirlərin stabilliyini təmin etmək üçün kamerada  EIS texnologiyalarından istifadə edilib. Obyektiv daxili Pixel Zoom texnologiyası sayəsində keyfiyyətini itirmədən üçqat  yaxınlaşdırma ilə fotolar çəkir.

Dizayn və ekran: qızıla toxun

“Infinix Zero 30”un dəbli görünüşü istənilən bucaqdan diqqəti cəlb edir. Əyrilik bucağı 60° olan 3D displeyin çərçivə qalınlığı cəmi 2,8 mm-dir və əldə rahat yerləşir.  Eyni zamanda həm ekran, həm də korpusun arxa səthi “Corning® Gorilla® Glass” şüşəsi ilə zədələrdən qorunub. Qeyd edək ki, ekranın effektiv sahəsi 93,7%-dir.

Cihaz Corved 3D AMOLED displeyi və 120 Hz yeniləmə tezliyi ilə təqdim olunub, məzmunun dəqiq və təbii təsviri isə 100%-lik DCI-P3 rəng palitrası sayəsində əldə olunur. Cihazın displeyi yüksək kontrast səviyyəsi və 950 nit pik parlaqlığı ilə fərqlənir. Hi-Res, JBL və DTS-i dəstəkləyən “Infinix Zero 30” stereo dinamikləri yüksək keyfiyyətli səsi təmin edir və musiqi kompozisiyalarının bütün nüans və xırdalıqlarını  hiss etməyə  imkan yaradır.

Smartfon internetsiz məlumat mübadiləsi üçün böyük imkanlar yaradan NFC sistemi ilə təchiz olunub.

Cihaz oyunlar üçün idealdır – soyuducu VC (Liquid Cooling) sistemi telefonun isinməsinə imkan vermir, “ByPass Charge” texnologiyası isə oyun oynayarkən batareyanı şarj etmədən cihazı enerji ilə təmin etməyə imkan verir.

1920 Hz toxunma sürəti və TÜV Rheinland tərəfindən təsdiq edilmiş göz mühafizə rejimi də “Zero 30” modelini rahat mobil geyminq üçün əvəzsiz edir.

Tədbir zamanı keçirilən oyunun qaliblərinə hədiyyələri - Infinix Zero 30 və Infinix Zero 30 5G smartfonlarını Hüseyn Həsənov təqdim etdi.

Qiymətlər və mövcudluq

“Infinix Zero 30” Azırbbaycanda iki komplektasiyada təqdim olunacaq – baza modeli və 5G dəstəkləyən model, müvafiq olaraq “Infinix Zero 30”  - 699.99 AZN, “Infinix Zero 30 5G” isə 899.99 AZN qiymətinə. Modellər 3 rəngdə mövcuddur: Mirvari ağı, Qürub qızılı və Dumanlı yaşıl.

Şirkət haqqında

Infinix Mobility 2013-cü ildə yaradılan və iri templərlə inkişaf edən texnologiya şirkətidir. Geniş çeşiddə istehsal etdiyi ağıllı cihazları Infinix brendi altında dünya bazarında təqdim edir və qabaqcıl texnologiyaları geniş istifadəçi kütləsi üçün  əlçatan edərək şirkət dəbli, yüksək performanslı ağıllı cihazlarını sərfəli qiymətlərlə təqdim edir.

Ətraflı məlumatı rəsmi saytdan əldə etmək olar: https://az.infinixmobility.com/   

https://umico.az/search/infinix%20zero?from_search=true&event=view_search_results&query=infinix%20zero

https://www.mgstore.az/search/?search=Infinix%20Zero%2030

https://www.soliton.az/az/telefon/mobil-telefonlar/20231114105432074-infinix-zero-30-5g-12-256gb.html

BAKU.WS