VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün “Tamstore” marketlər şəbəkəsi Bakının Keşlə qəsəbəsində 7-ci filialının açılışını edib. Bundan öncə marketlər şəbəkəsinin Nərimanov, Xocasən, Xətai, Sulutəpə, Sumqayıt və Biləcəri filiallarının açılışı olmuşdu.

“Tamstore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə xidmət göstərəcək. Marketlər şəbəkəsi 2023-2024-cü illərdə Bakı şəhəri ərazisində 50-dən çox marketin açılışını planlaşdırıb. Marketlər şəbəkəsi “mini”, “city” və “super” olmaqla üç formatda fəaliyyət göstərəcək.

“Tamstore” ölkə iqtisadiyyatına, yerli sahibkarlığın və eyni zamanda istehsalatın inkişafına töhfə verməyi hədəfləyir. Marketlər şəbəkəsi eyni zamanda bazarda digər supermarketlərlə rəqabətdə birinci olmağı qarşısına məqsəd qoyub.

Açılışla bağlı “100 məhsulda Tam 50% endirim!” sloqanı ilə 3 gün ərzində 100 məhsul tam yarı qiymətə və eyni zamanda 1000-lərlə məhsul isə müxtəlif endirimlərlə təklif olunacaq. Hər kəsi alış-verişdən zövq almaq üçün “TamStore” marketlər şəbəkəsinə dəvət edirik.

#Tamstore #tamkeyfiyyət #tamxidmət #tamqiymət #tamyeninəfəs #market #supermarket

https://www.youtube.com/@tamstore-az/videos

BAKU.WS
QALEREYA