SİZİN REKLAM BURADA!
055 213 76 73


İlin sonu yaxınlaşdıqca müxtəlif hədiyyə və keşbek kampaniyaları istifadəçiləri qazanmağa dəvət edir. 2022-ci il ümumiyyətlə müxtəlif keşbek kampaniyaları ilə yadda qaldı. Banklar, elektron pulqabılar və digər şirkətlər nağdsız ödəmələrdə böyük keşbeklər və hədiyyələr qazanmağa imkan yaratdı. Bu keşbek kampaniyalarını bəzilərini sizin üçün topladıq.

Wolt və Visa ilə 10+10% keşbek!

Birbank kartlarının istifadəçiləri üçün ötən yayın ən yadda qalan keşbek kampaniyalarından biri bu oldu. Wolt tətbiqində Birbank Visa kartları ilə edilən ödənişlərə 10+10% keşbek təqdim olunurdu. Lakin bu kampaniyada keşbekin 10% hissəsi kart hesabına qayıtsa da, digər hissəsi tətbiqdəki hesaba əlavə olunurdu.

m10 ilə Bravo alış-verişlərində 3% keşbek!

PashaPay-ın m10 tətbiqi Bravo marketlərində edilən ödənişlərə 3% keşbek təqdim edir. Nəzərə alsaq ki, ən çox pul xərclədiyimiz yerlərdən biri marketlərdir və Bravo market şəhərin hər yerində var, o deməkdir ki, hər addımbaşı keşbek qazanmaq mümkündür. m10 həm də digər bütün ödənişlərinə 2% keşbek də təqdim edir. Ən əsası, keşbeki hər ödəniş kateqoriyasından qazanmaq mümkündür. m10 istifadə etmək üçün heç bir karta və bank hesabına ehtiyac yoxdur.

Bolkart ilə 50 AZN keşbek!

Bank of Bakunun təqdim etdiyi Bolkart məhsulu üzrə yeni il alış-verişlərində 50 AZN-dək keşbek qazana bilərsiniz. Nəzərinizə çatdıraq ki, keşbek miqdarı xərclədiyiniz pula uyğun olaraq hesablanır. 50 AZN keşbek qazanmaq üçün 1000 AZN xərcləməyiniz lazımdır. Əgər Bolkartınız yoxdursa, bu kampaniyadan yararlana bilməyəcəksiniz.

Kredit ödənişlərindən 1% keşbek!

Rabitə Mobile tətbiqi 31 Yanvar tarixinə qədər tətbiq vasitəsilə edilən kredit ödənişlərinə 1% keşbek təqdim edir. Nəzərə alsaq ki, kampaniya iki ay davam edir və iki ay ərzində ciddi kredit ödəmələriniz varsa, bu kampaniya sizin üçün əsl fürsətdir.

BAKU.WS