SİZİN REKLAM BURADA!
055 213 76 73


“PAŞA Holding”in dəstəyi ilə “CARE GROUP” Psixoloji Dəstək Mərkəzi və Pasiyent Təşkilatları İttifaqı tərəfindən birgə böyük layihə - “Gənc Yazarlar” layihəsi reallaşdırılıb.

Pasiyent Təşkilatları İttifaqının üzv təşkilatları olan Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının və Leykemiya ilə Mübarizə İctimai Birliyinin 50 azyaşlı uşaqları layihədə fəal iştirak ediblər.

Sosial problemlərin həlli üçün layihələrin həyata keçirən “CARE GROUP” şirkətinin rəhbəri və baş psixoloqu Elnarə Şahbazzadənin dəstəyi ilə hemofiliyalı və leykemiyalı uşaqlar üçün dünya təcrübəsinə əsaslanan “Art Terapiya” üsulu ilə psixoloji təlimlər keçirilib.

Layihə çərçivəsində psixoloji durumu yaxşılaşdırmaq və qorxu hissini aradan qaldırmaq üçün hemofiliyalı və leykemiyalı uşaqlarla xüsusi təlimlər keçirilmişdir.

“CARE GROUP”un tərtib etdiyi xüsusi təlimlər nəticəsində uşaqlarla “Nağıl Terapiyası”, “Art Terapiya və Koqnitiv Davranış Terapiyası” aparılıb.

Karantin şərtlərinə əməl edərək təlimlər kiçik qruplar şəklində həyata keçirilib. Bundan əlavə, regionlarda (Gəncə, Ağstafa, İmişli, Füzuli, Cəlilabad, Sumqayıt və digər) yaşayan uşaqlar təlimlərə onlayn olaraq qatılmaq imkanı əldə ediblər.

Təlimlərin ilk mərhələsinin sonunda uşaqlara öz xəyallarında əks olunan nağılları yazmaq təklif olunub ki, bunun nəticəsində, çoxlu sayda istedadlı uşaqlar və maraqlı nağıllar ərsəyə gəlib.

Uşaqların yazdıqları nağıllar “CARE GROUP” şirkəti tərəfindən çap edilərək nağılları yazan uşaqlara və kitab mərkəzlərinə təmənnasız olaraq veriləcək.

Məqsəd uşaqların yazdıqları nağıllardan ibarət olan kitabları dərc edərək, özlərinə təqdim edib, nəticədə özlərinə olan inamı və güvənci artırmaqdır.

Qeyd edək ki, uşaqları növbəti maraqlı təlim mərhələlərində iştirak etməyə daha da həvəsləndirmək məqsədilə, hazırkı təhsil prosesində zəruri olan elektron planşetlər hədiyyə edilmişdir.

Uşaqlarımızın xoşbəxt gələcəyi üçün!

BAKU.WS
QALEREYA