”Wentto“ mağazalar şəbəkəsindən Zəfər günündə təqdirəlayiq addım - VİDEO

”Wentto“ mağazalar şəbəkəsinin heyəti Zəfər gününü şəhid və qazi ailələri ilə birlikdə qeyd etdi.
8 Noyabr Zəfər Günü münasibətilə bütün xalqımızı böyük qürur hissi ilə təbrik edirik!
Bu qələbənin ən böyük qəhrəmanları olan şəhid və qazilərimizin ailələrinə mənəvi və maddi köməkliyin olunması, eyni zamanda dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısının göstəricisi olaraq ordu və xalq birliyinin təmin edilməsi adına Wentto ailəsi olaraq sosial layihə həyata keçirdik.
8 Noyabr Zəfər günü şərəfinə şirkətimiz “Wentto” tərəfindən “Yaşadaq, dəstək olaq!” şüarı ilə xüsusi “Zəfər Layihəsi” hazırlanmışdır. Layihə çərçivəsində öncədən təyin olunmuş əlli şəhid və qazi ailələrinin sosial rifahlarının yüksəldilməsi üçün şirkətimiz adından öz dəstəyimizi göstərirdik.
Bu layihədə Biləsuvar rayon İcra hakimiyyətinin, Müdafiə Nazirliyinin, 14 saylı Ərazi Məşğulluq filialının nümayəndə heyətləri də bizimlə bərabər iştirak etmişdir.
Qalereya
Oxşar xəbərlər
“Taksim Kebap” restoranlar şəbəkəsinin Xətai filialının möhtəşəm açılışı oldu - FOTO
Dünən “Taksim Kebap” restoranlar şəbəkəsinin növbəti Xətai filialının möhtəşəm açılışı olub. Müğənni və bəstəkar Rəhim Rəhimlinin təşəbbüsü və “RR Prodakşn”ın t...
