11 yaşını qeyd edən “Wentto Electronics”  mağazalar şəbəkəsi Rebrendinq etdi.

Şirkətin marketinq şöbəsinin rəhbəri Rüfət Əliyev bildirmişdir ki,  “Yaxşısı budur” sloqanı altında yaradılan yeni loqo və yeni konseptin əsas məqsədi, zəngin çeşidlərlə daha geniş müştəri kütləsini əhatə etmək və ölkəmizin hər bir regionunda xalqımıza yüksək xidmət və sərfəli şərtlər təqdim etməkdir.

Sarı və qara rənglərdən yaradılan yeni loqo xoşbəxtliyi, günəşi, aydınlığı və yaradıcılığı ifadə edir. Brendinqdə istifadə olunan xətt və ürək isə yeni sloqanımız olan “Yaxşısı budur”un mənasını ifadə edir. Loqo və sloqanla birlikdə mağazalarımıza da, tam yeni nəfəs gətirmiş olduq və bu yeni yolda, yeni “Vizyon” və “Missiya” ilə addımlamağa qərar verdik.

Wentto ailəsi olaraq ən başlıca missiyamız, müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək, müştərilərimizə mümkün olan maksimum sərfəli qiymətləri, mövcud olan ən yaxşı seçimləri və yüksək səviyyəli rahatlığı təklif etməkdir.

Vizyonumuz isə, müştərilərin oflayn və onlayn almaq istəyə biləcəkləri hər bir məhsulu təqdim edib, satış və xidmət sektorunda öndə gedən şirkətlərdən biri olmaqdır. Bunun üçün ilk addımlarımızdan biri yeniliklərimizi yeni bir kampaniya ilə sizə təqdim etmək oldu.

Müştərilərimizə “Hər şeyi sıfırladıq “ sloqanı altında  bütün məhsullarımızı ilkin ödənişsiz , faizsiz və komissiyasız üstəlik 18 ayadək əldə etmək imkanı yaratdıq. Hər kəsi kampaniyalarımızdan yararlanmaq üçün saytımıza və filiallarımıza dəvət edirik.

Wentto, yaxşısı budur.

 

 

 

BAKU.WS
VİDEO