SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda ilk dəfə olaraq “Geely Azərbaycan” müştəriləri üçün “Geely Driving Academy” adlanan peşəkar sürücülük təlim kursuna start verdi.

“Geely Azərbaycan”dan avtomobil almış hər bir şəxs “Test & Training” mərkəzinin nəzdində təşkil olunmuş təlim kursuna tam ödənişsiz qatılmaq imkanı əldə edir.

Bir günlük kurs çərçivəsində Geely sahibləri mərkəzin peşəkar təlimçiləri tərəfindən keçirilən avtomobilin təhlükəsiz idarəetməsi əsasları üzrə nəzəri və praktiki məşğələlərdə iştirak edərək öz sürücülük səriştələrini təkmilləşdirirlər. Kursu keçmiş hər bir şəxsə müvafiq sertifikat təqdim olunur.  

Geely satış və servis mərkəzinin ünvanı:

Babək prospekti, 35A
Tel.: (050) 838 58 58
Rəsmi sayt: www.geely.az 

Geely şirkəti barədə

Geely – Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış Geely Holding Group qlobal şirkətinin brendidir.

Geely Auto Group-a Çin ərazisində və onun xaricində 15 avtomobil zavodu və transmissiya və mühərrik istehsalı üzrə 8 zavod məxsusdur. Bundan savayı, şirkət Çin, İsveç, İngiltərə və Almaniyada elmi-tədqiqat mərkəzləri, Şanxay, Götebörq, Barselona, Kaliforniya və Koventridə isə dizayn mərkəzlərinə malikdir.

Geely Holding Group-un önəmli satınalmalarından 2010-cu ildən Geely Holding Group-un tərkibinə daxil olmuş Volvo Car Group şirkətini, 2017-ci ildə ABŞ-nin uçan avtomobillərin yaradıcısı Terrafugia Inc., Britaniyanın Lotus Cars Ltd şirkətinin səhmlərinin nəzarət paketinin və Malayziya şirkəti Proton Holdings Berhad-ın 49,9% səhmlərinin əldə olunmasını qeyd etmək olar.

Geely Automobile Holdings qısa müddətdə dünyanın ən böyük 500 şirkəti sıralamasında 473-cü yerdən 220-ci yerə qalxmağa müvəffəq olub. Şirkət Çin bazarında 3 il ərzində ən çox satılan Çin brendi adını qoruyub saxlaya bilmişdir.

BAKU.WS
VİDEO

QALEREYA