Türkiyənin daha bir şəhərində zəlzələ oldu - YENİLƏNİB
08
avq
2019
16:00
Türkiyənin İzmir şəhərindən sonra, Dənizli şəhərində də zəlzələ baş verib.BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Antalya, Burdur və Spartada da hiss edilib.Son məlumata görə, Denizlinin Bozkurt məhəlləsində yerli vaxtla 14:25-də 6 bal gücündə zəlzələ qeydə alınıb.***15:02Türkiyənin İzmir şəhəri sahillərində Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.BAKU.WS xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Zəlzələ İzmir və qonşu şəhərlərdə daha güclü hiss edilib. Təbii fəlakət insanlar arasında həyəcan yaradıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Xatırladaq ki, İzmirin Karaburun rayonunda səhər saatlarında da 3,4 bal gücündə zəlzələ baş vermişdi.
Oxşar xəbərlər
İndoneziyada 6,9 bal gücündə zəlzələ oldu - VİDEO
İndoneziyanın qərbindəki Sumatra adasının sahillərində 6,9 bal gücündə zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Təbii Fəlakətlərə qarşı Mübarizə Age...