Ziya Məmmədov: “Mən artıq nazir deyiləm, adi vətəndaşam”
15
fev
2017
09:23
"Hazırda evimdəyəm. Aydın olan nə isə haqqında nə danışım? Artıq heç bir fikir bildirməyə isə ehtiyac yoxdur”.
BAKU.WS xəbər verir ki, bunu "Yeni Müsavat”a açıqlamasında keçmiş Nəqliyyat naziri Ziya Məmmədov deyib. O, jurnalistlərə hörmətinin olduğunu da bildirib: "Mən artıq nazir deyiləm, adi vətəndaşam. Artıq nazir olmadığım üçün danışası da bir şey yoxdur”.
Qeyd edək ki, Z. Məmmədov Azərbaycanda Nəqliyyat Nazirliyinin ilk və son naziri olub. O, bu posta 15 il rəhbərlik edib və prezidentin 2 gün öncə imzaladığı sərəncamla nazirlik ləğv olunub.
BAKU.WS
Oxşar xəbərlər
Prezidentin sərəncamından sonra Ziya Məmmədovdan ilk açıqlama: "Heç özüm də bilmirəm nolacaq..."
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib. O, musavat.com-a açıqlamasında deyib k...