Zirvə görüşü başlamadan sona çatdı: Ərdoğan bu liderlə görüşdən imtina etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin sərhəd qapılarını açmasından sonra minlərlə qaçqın Yunanıstan sərhədinə toplaşıb.
BAKU.WS xəbər verir ki, yunanların qaçqınlarla rəftarı etirazla qarşılandığı bir vaxtda yunan liderin iştirak edəcəyi üçlü zirvə görüşü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın imtinasından sonra baş tutumayıb.
Bolqarıstanın Baş naziri Boyko Borisov bildirib ki, yunan həmkarı Kiriakos Miçotakisin iştirakı ilə cümə günü paytaxt Sofiyada üçlü sammit planlaşdırılmışdı. Lakin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yunan əsgərlərin sərhəddə 2 mühaciri öldürməsindən sonra Yunanıstanın Baş naziri ilə eyni masada oturmaq istəməyib.
Oxşar xəbərlər
Ərdoğan və Putinin yolları ayrılır? - Suriyada dönüş nöqtəsi
2 fevralda Suriyanın İdlib bölgəsində Suriya hökumət qüvvələri tərəfindən Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 8 türk əsgəri şəhid olub, bir o qədər də...