Yunanıstanda ölkə prezidenti vəzifəsinə qadın namizəd irəli sürülüb

Yunanıstanda ölkə prezidenti vəzifəsinə qadın namizəd irəli sürülüb
Siyasət 220

Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis ali hakim xanım Ekaterini Sakelaropulunun ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

BAKU.WS xəbər verir ki, xanım E.Sakelaropulunun namizədliyi parlament tərəfindən təsdiqlənərsə, o, Yunanıstanın ilk qadın prezidenti olacaq.

Qeyd edək ki, Yunanıstan parlament respublikasıdır. Prezident parlament tərəfindən 5 il müddətinə və ən çox iki dəfə seçilə bilər.

Son xəbərlər