Zəngəzurda erməni hərbçilər qəzaya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngəzurda Ermənistan ordusuna aid hərbi təyinatlı maşının iştirakı ilə qəza baş verib.
BAKU.WS Sputnik Armenia-ya istinadən xəbər verir ki, aprelin 13-də saat 16:30 radələrində İrəvan-Meğri yolunun 181-ci km-də yük maşını QAZ-22 177 markalı təcili tibbi yardım maşınına çırpılıb.
Qəza nəticəsində hərbi maşının sərnişinləri, İrəvan sakinləri 39 yaşlı Edqar Ts. və 37 yaşlı Qor K. Sisian xəstəxanasına çatdırılıblar. Təcili yardım maşınında olanların hamısı hərbçi olub.
Qeyd olunub ki, zərbənin təsirindən hər iki avtomobil qaz borusuna dəyərək zədələnib və dərəyə aşıb.
Oxşar xəbərlər
İtalyan deputatlar Azərbaycana dəstək veriblər
Azərbaycanın Ermənistan silahlı qüvvələrinin irimiqyaslı hücumlarının, dezinformasiya və yalan dalğasının qurbanı olduğu son günlərdə italyan parlamentarlar Azə...