Ermənistanda yol-nəqliyyat hadisəsi: 11 hərbçi yaralandı

07
iyn
2022
13:15
Ermənistanda İrəvan-Meğri avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 hərbçi yaralanıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, məlumatı “Shamshyan” yayıb.
Bildirilib ki, hadisə iyunun 7-də günorta saatlarında Ermənistanın Vayots Dzor vilayətində İrəvan-Meğri avtomobil yolunda baş verib.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinə məxsus, içərisində hərbçilər olan “KamAZ” yük maşını naməlum səbəblərdən aşıb. Nəticədə 11 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hospitala yerləşdirilib.
Hadisənin səbəbi araşdırılır.
Oxşar xəbərlər
Ukraynada müharibədə ölən uşaqların SAYI
Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb. BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında...