Zəlzələdə ölən futbolçunun həyat yoldaşı: “Bəzən ona "WhatsApp"dan mesaj atıram” - FOTO

Zəlzələdə ölən futbolçunun həyat yoldaşı: “Bəzən ona WhatsAppdan mesaj atıram” - FOTO
Foto
Siyasət 118

Türkiyənin Kahramanmaraş şəhərindəki güclü zəlzələdə həyatını itirən "Hatayspor"un qanalı forvardı Christian Atsunun həyat yoldaşı Klaria Rupio danışıb.

BAKU.WS xəbər verir ki, o Böyük Britaniya nəşrlərindən birinə açıqlaması zaman futbolçu əri ilə bağlı xatirələrini bölüşüb.

Rupio deyib ki, Christian son oyundan əvvəl uşaqlara zəng etmişdi. Onu qoluna görə təbrik etmək üçün razılaşdıq. Hər şey normal idi, fevralın 6-da zəng etməli idi, amma etməyib.

Klaria onu da qeyd edib ki Christiana hərdən "WhatsApp"dan mesaj yazır:

"İnsanlar bəzən "Bunun öhdəsindən necə gəlirsən?" sualını verirlər. Onlara "Öhdəsindən gələ bilmirəm. Hər gün həyatta qalmağa çalışıram" deyərək cavab verirəm.

Bəzən Christiana "WhatsApp"dan mesaj atıram. Sadəcə ürəyimi boşaltmaq üçün...

Qızım Abigal ayın 24-də bir şəkil çəkdi. Mənə dedi ki, bunu atama göndər. Əvvəl ona yaxşı dedim. Sonra isə izah etdim ki, Christian bizi səmadan izləyir. Bunu biləndə qızım kədərləndi".

Klaria Rupio bildirib ki, martda futbolçunun adına xeyriyyə cəmiyyəti yaradılacaq.

Xatırladaq ki, futbolçu Christian Atsu martın 17-də Qanada son mənzilə yola salınıb. O Hatayda qaldığı "Rönesans Rezidans"ın zəlzələ nəticəsində dağılmasından sonra həyatını itirib.

Son xəbərlər