Türkiyədəki zəlzələ zamanı ölən ulduz futbolçu hələ də dəfn edilməyib

Türkiyədəki zəlzələ zamanı ölən ulduz futbolçu hələ də dəfn edilməyib
Siyasət 168

6 fevralda Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə həyatını itirən “Atakaş Hatayspor”un qanalı futbolçusu Kristian Atsu hələ də dəfn edilməyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun dəfn mərasimi 17 martda baş tutacaq.

Atsunun ailəsinin sözçüsü Robert Ann bildirib ki, futbolçu dövlət mərasimi ilə torpağa tapşırılacaq. O vaxtda qədər isə Atsunun evində yas mərasimi davam edəcək.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə Hatayın Antakya rayonunda dağılan iqamətgahın altında qalaraq həyatını itirən Atsunun cənazəsi fevralın 19-da Türk Hava Yollarına (THY) məxsus təyyarə ilə ölkəsi Qanaya göndərilib.

Son xəbərlər