"Hatayspor"un dünya şöhrətli futbolçusu dağıntılar altında qalıb - FOTO
06
fev
2023
16:01
Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə "Hatayspor"un idman direktoru Taner Savut və futbolçu Kristian Atsu dağıntılar altında qalıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış qrupları hər iki şəxsi xilas etmək üçün işlərini davam etdirir.
Qeyd edək ki, 31 yaşlı futbolçu Kristian Atsu daha əvvəl "Çelsi" və "Porto" kimi klublarda oynayıb.
Atsu "Hatayspor" klubuna yeni transfer olunmuşdu. O, dünən Super Liqa çərçivəsində "Kasımpaşa"ya qarşı keçirilən qarşılaşmada forma geyinərək matça əlavə olunmuş 7-ci dəqiqədə komandasının qələbə topuna imza atmışdı.
Qalereya
Oxşar xəbərlər
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTO
Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzəl...