Zəlzələ qurbanından nümunəvi addım: Paltoda unudulan pul kisəsini sahibinə geri qaytardı - VİDEO

Türkiyənin Rize vilayətinin Ardeşen rayonundan əsrin fəlakətinin yaşandığı zəlzələ bölgəsinə göndərilən paltonun cibində unudulan pul kisəsi və avtomobil açarı zəlzələ qurbanı tərəfindən tapılaraq məhəllə muxtarına təslim edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilir ki, Yunus Yunusoğlu adlı vətəndaş Malatyanın Yeşilyurt rayonuna - zəlzələ bölgəsinə yardım üçün göndərdiyi paltosunun cibində avtomobilinin açarını və pul kisəsini unudub.
Paltonu götürən zərərçəkmiş cibində içi dolu pul kisəsi və avtomobil açarı olduğunu görüb və tapdıqlarını məhəllə muxtarına təslim edib.
Unudulmuş əşyaları təslim alan muxtar rayonun mərkəzində qurulan Ardeşen yardım çadırına gedib və Ardeşen Bələdiyyəsi sədrinin müavini Kənan Hatipoğluna çatdırıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva İslamiadanın açılışında iştirak edib - YENİLƏNİB - VİDEO
Avqustun 9-da Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, Azərbay...
