Zelenskiyə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verildi
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və onun doldurulması Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına tövsiyə etməyə imkan verəcək.
Sənəd Avropa İttifaqına tövsiyə xarakteri daşıyacaq. Avropa Komissiyasının rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib:
“Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”.
Oxşar xəbərlər
Kiyevdə Zelenski, Borrel və Ursual fon der Leyenin görüşü başladı
Ukrayna prezidenti Volodimir Zelenski, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nü...