Zelenskinin təklifi Azərbaycan Ordusunun gücünü necə dəyişəcək?
Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana baş tutan səfəri ümumilikdə iki ölkə arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin nümayişi baxımından əhəmiyyətli olsa da, verilən bəyanatlar içərisində ən çox diqqətçəkən məqam ölkələrin müdafiə sahəsində əməkdaşlığının perspektivi ilə bağlı olub.
Əksər müşahidəçilər V.Zelenskinin səsləndirdiyi müdafiə-təhlükəsizlik məhsullarının birgə istehsalı barədə bəyanatı Ukraynanın son illərdə formalaşdırdığı yeni hərbi-sənaye modelinin Azərbaycana ixracı təklifi kimi dəyərləndirib. Yəni rəsmi Kiyev tərəfdaşına klassik anlamda silah satışı yox, texnologiya, təcrübə və istehsal modelinin paylaşımını təklif edib.
Bəs bu paylaşım Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir və onun qəbulu bizim müdafiə qüdrətimizə hansı töhfəni verə bilər?
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şəkidə "Yuxarı...