Zelenskidən rus vətəndaşlara jest
13
avq
2019
14:29
Ukrayna prezidenti Vladimir Zelenski siyasi əqidəsinə görə təqib edilən ruslara vətəndaşlıq vermə qaydasını sadələşdirib. BAKU.WS vedomosti.ru-ya istinadən xəbər verir ki, bu barədə fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.Zelenski hələ aprel ayında Ukraynanın "avtoritar və korrupsiyalaşmış rejimlərdən əziyyət çəkən bütün xalqların nümayəndələrinə" və xüsusən də ruslara vətəndaşlıq verəcəyini söyləmişdi.O, bunu Rusiya prezidenti Vladimir Putinin özünü "müstəqil" elan etmiş separatçı Donetsk və Lugansk Xalq respublikalarının (DPR və LPR) sakinlərinə Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilmiş qaydası haqqında fərman imzaladıqdan sonra bəyan etmişdi. Onun bu bəyanatından 3 gün sonra - 27 apreldə Putin bütün Ukrayna vətəndaşlarına sadələşdirilmiş prosedurun şamil edilə biləcəyini söyləmişdi.
Oxşar xəbərlər
Zelenski Putinlə Donbasdakı durumu müzakirə edib
Rusiya prezidenti Vladimir Putinlə çərşənbə günü ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. BAKU.WS xəbər verir ki, bu barədə Kremlin s...