Zelenski Şevçenkonu müşavir təyin etdi
27
sen
2023
09:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun ştatdankənar müşavir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, qərar Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.
Andrey Şevçenko Kiyev "Dinamo", İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında hücumçu kimi çıxış edib. 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin baş məşqçisi olub.
2022-ci ilin fevralında o, İtaliyanın "Cenoa" klubundan ayrılıb.
Oxşar xəbərlər
Zelenski özünə yeni müşavir təyin etdi - FOTO
Ukrayna Prezidenti Volodimir Zelenski özünə yeni müşavir təyin edib. BAKU.WS xəbər verir ki, müvafiq sərəncam Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdir...