Zelenski Rusiya bankirlərinə qarşı sanksiyalar tətbiq etdi

Zelenski Rusiya bankirlərinə qarşı sanksiyalar tətbiq etdi
Siyasət 33

Ukrayna prezidenti Volodimir Zelenski 333 Rusiya vətəndaşına qarşı 10 il müddətinə sanksiya tətbiq edilməsi barədə fərman imzalayıb.

BAKU.WS xarici KİV-nə istinadən xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Siyahıya maliyyəçilər, bankirlər, o cümlədən "Alfa-Bank"ın top-menecerləri Vladimir Sokolov, Aleksey Çuklov, İvan Pyatkov, Vladimir Voikov, habelə biznesmen Oleq Sısuev daxil edilib.

10 il müddətində qüvvədə olacaq sanksiyalar aşağıdakılardır:

aktivlərin bloklanması;

ticarət əməliyyatlarının tam dayandırılması;

kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması;

iqtisadi və maliyyə öhdəliklərinin icrasının dayandırılması;

Ukraynada fəaliyyət üçün lisenziyaların və digər icazələrin ləğvi və ya dayandırılması;

Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi.

Milli Təhlükəsizlik və Müdafiə Şurasına fərmanın icrasına nəzarət etməyi tapşırılıb.

Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi Avropa İttifaqı ölkələrini, ABŞ-ı və digər dövlətləri sanksiyalar barədə xəbərdar etməli və oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini qaldırmalıdır.

Son xəbərlər