Zelenski Belarus əhalisinə müraciət etdi - VİDEO

Zelenski Belarus əhalisinə müraciət etdi - VİDEO
Video
Siyasət 716

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus vətəndaşlarına müraciət edib.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ukrayna lideri müraciətində deyib:

“Bu gün hamınız referendumda səs vermək üçün seçki məntəqələrinə çağırılırsınız. Bu, normal siyasi proses kimi görünə bilər. Amma indi bu, əlbəttə ki, normal bir şey ola bilməz.

İndi qərarlar tamamilə başqa səviyyədə qəbul edilir.

Ukrayna üçün dünən gecə çox çətin oldu. Yenə atəş. Yenə yaşayış məntəqələrinin, mülki infrastrukturun bombalanması. Bu gün ölkədə elə bir obyekt yoxdur ki, işğalçılar onu özləri üçün hədəf hesab etməsinlər. Hamıya qarşı vuruşurlar. Onlar bütün canlılara qarşı - uşaq bağçalarına, yaşayış binalarına və hətta təcili yardım maşınlarına qarşı mübarizə aparırlar. Onlar hər hansı hərbi infrastrukturun heç vaxt olmadığı bütün şəhər ərazilərinə qarşı artilleriyadan, raketlərdən istifadə edirlər.

İndi gedən müharibədə siz bizimlə eyni tərəfdə deyilsiniz. Sizin ərazinizdən Rusiya qoşunları Ukraynaya raket zərbələri endirir. Bizim övladlarımız sizin ərazinizdən öldürülür, evlərimiz dağıdılır, onilliklər ərzində tikilmiş hər şeyi - yeri gəlmişkən, təkcə bizim deyil, həm də atalarımız, babalarımız tərəfindən tikilmiş hər şeyi uçurmağa çalışırlar.

Bütün bunlar həm də belaruslular üçün faktiki referendumdur. Kim olduğuna siz qərar verin. Kim olacağına siz qərar verin. Övladlarınızın gözünə necə baxacaqsınız, bir-birinizin, qonşularınızın gözünə necə baxacaqsınız? Biz sizin qonşularınızıq. Biz ukraynalılar. Rusiya deyil, Belarus olun! Siz indi bu seçimi edirsiniz. Məhz bu gün.Dörd gün əvvəl Belarus ərazisindən qanadlı raketlər, təyyarələr, helikopterlər və avadanlıqlar atılıb. Evimizi vurdular, həyatımızı vurdular. Ağır texnika gəldi və bu dəhşətli dejavudur.

Bilirsiniz, səhər saat 4-də Kiyevə hücum olub. Kiminsə 1941-ci ildəki kimi yumor hissi qalmış ola bilər. Siz isə yatırdınız, belaruslu qardaşlar. Biz isə oyaq idik. Amma hələ də yatırsınız. Biz bundan sonra da yatmayacağıq. Çünki biz mübarizə aparırıq. Vətənimiz üçün mübarizə aparırıq. Biz azadlığımız üçün mübarizə aparırıq. Çünki bizim buna tam haqqımız var”.

Son xəbərlər