Zaxarova: Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" dəhlizini inkişaf etdirir

Rusiya, Azərbaycan və İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin, xüsusilə dəmir yolu xəttinin genişləndirilməsi layihəsini həyata keçirir.
"Report" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə bildirib.
O vurğulayıb ki, Rusiya üç ölkənin nəqliyyat dəhlizinin potensialının ardıcıl surətdə genişləndirilməsini hədəflədiyini məmnunluqla qeyd edir.
"Yeri gəlmişkən, avtomobil marşrutu çoxdan işə salınıb və uğurla fəaliyyət göstərir. Yük axınının həcmi ildən-ilə inamlı templərlə artır. İndi dəhlizin qərb hissəsində dəmir yolu logistikasının yaradılması ilə məşğuluq. Bu, Rəşt və Astara şəhərləri arasındakı sahənin tikintisi layihəsinin həyata keçirilməsindən sonra mümkün olacaq. Bu sahənin uzunluğu 162 kilometrdir", - M.Zaxarova vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə çağırıb
Azərbaycan Ermənistanı sülh sazişinin imzalanması prosesini sürətləndirməyə çağırıb və qeyd edib ki, bu imkan sonsuz mövcud olmayacaq. "Report" "Perfil"ə istina...
