Zakir Həsənovdan müharibə ANONSU: Hər an döyüşlərə başlaya bilərik
04
apr
2019
18:58
Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə inam, dövlətə inam artıb. Şəxsi heyət Ali Baş Komandanın Orduya diqqət və qayğısını görür.BAKU.WS-in məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.Nazir bildirib ki, Ordunun döyüş hazırlığı elə bir anlayışdır ki, onun həddi yoxdur:"Ən yüksək səviyyəli ordularda döyüş hazırlığı davam edir. Baxın, görün Azərbaycan Ordusunun silahlanmasında hansı silahlar var? Mən müdafiə naziri kimi deyirəm ki, "Azərsilah” Azərbaycan ordusunu tam şəkildə silah-sursatla təmin edir. Biz hər an rahat şəkildə döyüşlərə başlaya bilərik. Çünki biz silah-sursatla tam təmin olunuruq. Söhbət təkcə sursatdan getmir. Bizdə yüksək səviyyədə hazırlanmış silahlar, pilotsuz uçan aparatlar var. Zirehli texnikanın modernizasiyası keçirilir. "Azərsilah" 1000-dən çox çeşiddə silah-sursat istehsal edir”.Aprel döyüşlərindən nümunə gətirən nazir bildirib ki, qısa müddətdə erməni ordusu darmadağın edildi, Azərbaycan xalqında həmrəylik nümayiş olundu, vətənpərvərlik ruhu yüksəldi və Azərbaycan ordusunda döyüş təcrübəsi artdı.Nazir bildirib ki, aprel döyüşlərində bütün erməni ordusu ilə Azərbaycan ordusunun 20 faizi vuruşdu.Z.Həsənov bildirib ki, ermənilər iqtisadi, siyasi, ordu quruculuğu baxımdan Azərbaycanla bacara bilmirlər və başqa yola əl atırlar, satqınlardan istifadə edirlər, yalan və böhtan danışırlar:“Ancaq onun da bir xeyri yoxdur. İndi 90-cı illərin əvvəlləri deyil, o zaman hərc-mərclikdən istifadə edib bizim torpaqlarımızı işğal etdilər. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Artıq güclü dövlətçilik var, dövlətin başında güclü lider var, güclü iqtisadiyyat, ordu quruculuğu var”.BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov ön cəbhədə - VİDEO
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsən...