Zakir Həsənov azad edilən ərazilərdə hərbi hissələrdə görülən işlərlə tanış olub
Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.
Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Qalereya
Oxşar xəbərlər
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
Bakıda Beynəlxalq İslam Ticarətin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) ilə yeni 3 milyard ABŞ dolları dəyərində sazişlər imzalanıb. BAKU.WS report-a istinad...