Zabuxda su anbarı tikiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilə qədər Laçın rayonunun Zabux kəndində su anbarının tikintisi nəzərdə tutulub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.
İşi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC icra edəcək. Digər icraçılar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kənd Təsərrüfatı Nazirliyidir.
Zabuxçay su anbarının və ondan ayrılan magistral boru xətlərinin layihə sənədləri əsasında tikinti işlərinin aparılması, Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması planlaşdırılır.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...