Yeni tarix yazan Azərbaycan əsgəri - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında torpaqlarımızın işğaldan azad edilməsində xüsusi şücaət göstərən hərbçilərimizlə bağlı paylaşım edilib.
BAKU.WS xəbər verir ki, nazirliyin rəsmi səhifəsində edilən paylaşımlardan biri də əsgər Hünər Məmmədov və onun silahdaşları ilə bağlıdır.
Paylaşımda bildirilib:
“Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur. O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!!!”
Oxşar xəbərlər
Xalq prezidentə yazır: "Əmr gözləyirik"
Ermənistan ordusunun cəbhədə törətdiyi təxribatlardan sonra Azərbaycan ordusunun əks-hücuma keçməsi, Silahlı Qüvvələrimizin əldə etdiyi böyük uğurlar, işğal alt...