Yeni Suriyanın qurulmasında Azərbaycanın rolu – rəsmi Bakı öz töhvəsini verməyə hazırdır

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcəyini deyib. Beləliklə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan bu günə kimi 12 ölkəyə qaz ixrac edir və bunlar da əsasən Avropa ölkələridir. Bu gün Azərbaycan üçün yeni coğrafiya formalaşır - Yaxın Şərq. Artıq Türkiyə üzərindən 1 mlrd kubmetr qazın Suriyaya ixracı məsələsi Suriya prezidentinin Bakıya səfəri çərçivəsində müzakirə olunur.
Artıq Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib. Suriyanı İordaniya ilə birləşdirən qaz kəməri dağıdılsa da, onun bərpası mümkündür. Bu da Azərbaycan qazının Suriyadan keçməklə Misirə qədər çatdırılması perspektivini vəd edir.
Eyni zamanda, Azərbaycanın elektrik enerjisi istehsalı kimi qarşısında yeni imkanlar açılır. Azərbaycan Yaxın Şərq regionuna da elektrik enerjisi ixrac edə bilər.

Bundan əvvəl Suriya lideri Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı dövlət başçısı Suriyaya daim dəstək verəcəklərini açıqlayıb. Suriyada istər İŞİD terror təşkilatının fəaliyyət göstərdiyi dövrü olsun, istərsə də ondan sonra müharibə dövrü olsun Azərbaycan onların ərazi bütövlüyünü müdafiə edib, dəstəkləyib.
Azərbaycan Suriyaya qarşı təcavüzləri, ölkə daxilində baş verən pozuculuq və terror hadisələrini pisləyib. Bununla bağlı beynəlxalq təşkilatlarda, digər rəsmi açıqlamalarla çıxış edib. Suriyada Azərbaycan və Türkiyə əleyhinə olan terrorçu təşkilatlar- ASALA və digər erməni lobbisi fəaliyyət göstərib. Son illər Azərbaycan Türkiyə ilə birlikdə münaqişədən sonrakı dövründə bərpa və qururucluq işlərində dəstək olur və hər zaman dəstək olacağını bəyan edir. Buna görə də Azərbaycan hökumətinin bir sıra rəsmi şəxsləri Suriyaya səfərlər edib. Səfər zamanı Azərbaycanın bu ölkənin inkişafına verə biləcəyi töhfəni açıqlamışdılar.
Bundan başqa Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, daha sonra Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Suriyaya səfərləri bu ölkənin bərpa-quruculuq işləri üçün Azərbaycanın görə biləcəyi işləri araşdırılır.

Azərbaycan Avropanın Mərkəzi Asiya istiqamətində fəal siyasət yürüdür. Azərbaycan İsrail, Fələstin, ərəb ölkələri ilə - Səudiyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, Oman, Misir kimi ölkələrlə iqtisadi, ticarət və mədəni əlaqələr qurub. Prezident İlham Əliyevin apardığı xarici siyasət hər yerdə olduğu kimi Yaxın Şərqdə yaxşı qarşılanır. Bu siyasət nəticəsində Azərbaycan Yaxın Şərqdə etibarlı tərəfdaş kimi tanınır.
Suriya və Azərbaycan arasında yeni qurulmuş iqtisadi, ticarət və mədəni əlaqələrin arxasında da bu etibarlılıq məsələsi prinsipi dayanır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra qlobal miqyasda, xarici siyasət konsepsiyasında həyata keçirib.
Azərbaycan Prezidentinin şəxsi nüfuzu, ölkəmizin onlara yeni tərəfdaşlıq modelinin gətirilməsi və yeni tərəfdaşların qazanılması bunun göstəricisidir.
Azərbaycan, Suriya ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında da sakit diplomatiya prinsipindən çıxış edərək dövlətlərin təşkil olunmasına öz töhfəsini verib. Təsadüfi deyil ki, Əhməd Əl Şaraanın səfəri başa çatmamış AFP informasiya agentliyi Bakıda Suriya və İsrail rəsmilərinin görüşünün keçiriləcəyi barədə məlumat yaydı. Xəbər Suriya diplomatik mənbələrinə istinadən yayılıb.
Təxmin etmək olar ki, perspektivdə Azərbaycan Suriya ilə İsrail arasında münasibətlərin normallaşmasında aparıcı rollardan birini oynamaqda davam edəcək.

Tarixən Azərbaycanla Suriya arasında çox yaxşı əlaqələr olub. Yəni, Azərbaycanla Suriya arasında əlaqələri üç işçiyə bölmək olar, müasir dövrdə. Sovet işçilik dövründə Suriya-Azərbaycan münasibətləri, Hafiz Əsəd, Bəşər Əsəd dövründəki Azərbaycan-Suriya münasibətləri və Bəşər Əsəd hakimiyyəti devrildikdən sonrakı üç ölkə arasında münasibətdir.
Birinci dövr, yəni Əsəd dövründə Suriya ilə Azərbaycan arasında münasibətlər əsasən Moskvada tənzimlədiyindən Azərbaycan bu ölkə ilə əlaqələrini, potensial əlaqələrini, potensial imkanlarını açmağa nail ola bilmirdi.
Bəşər Əsəd hakimiyyəti dövründə Azərbaycana qarşı fəaliyyət göstərən erməni terror təşkilatları, erməni lobbisi və diasporu var idi və onlar Azərbaycana qarşı geniş işlər görürdülər. Buna Bəşər Əsəd də zaman-zaman dəstək verirdi.
Azərbaycan bir mənalı olaraq Bəşər Əsəd rejiminin cinayətkar olduğunu və onun öz millətinin, öz vətəndaşlarının qanını tökdüyünü bəyan edərək, bu rejimlə heç bir əlaqə saxlamadı və onu tanımadı. Amma yeni Əhməd Əl Şaraa hakimiyyətini Azərbaycan tanıyan ilk ölkələrdən oldu.

Oxşar xəbərlər
Mövcud dəyişikliklər fonunda Azərbaycanın Yaxın Şərq siyasəti daha da güclənəcək
Suriya Prezidentinin Azərbaycana bugünkü səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca önəmlidir. BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasınd...