Daxmada yaşayan ata və beş azyaşlı övladına müavinət təyin edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Gəncə şəhəri Azərbaycan bayrağı küçəsində yaşayan Urfan Qasımov Baku TV-yə müraciət edib.
Vətəndaş müraciətində bildirib ki, anası tərəfindən tərk edilən 5 azyaşlı oğluna təkbaşına baxır, ailənin sosial durumu çox ağırdır.
Ata ailənin mövcud durumu ilə əlaqədar aidiyyəti qurumlardan kömək istəyib.
Vətəndaşın sosial probleminə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən müsbət cavab verilib.
"Ailəyə 1 noyabr 2025-ci il tarixindən bir il müddətinə ayda 569 manat məbləğində sosial yardım təyin edilib", - deyə qurumdan bildirilib.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib
Azərbaycanda ipoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə h...