Siqareti tərgitməyin asan yolu - Bundan sonra...

Siqareti tərgitməyin asan yolu - Bundan sonra...
Digər 67

"Siqareti tərgitmək üçün ən vacib addım qərarın dəqiq olmasıdır. İlk növbədə niyə tərgitmək istədiyini müəyyənləşdirməlisən".

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sağlamlıq, maddi səbəblər, ailə və ya özünü daha yaxşı hiss etmək və.s bütün bu motivasiyalar prosesin uğuruna ciddi təsir göstərir.

"Dəqiq bir "tərgitmə tarixi" seçmək vacibdir. Bu, bir növ psixoloji hazırlıq mərhələsidir. Seçilən tarixdən sonra siqaret tam şəkildə dayandırılmalıdır. Paralel olaraq nikotin əvəzedici vasitələr saqqız və ya sprey kimi məhsullar, ilk günlərdə yaranan asılılıq əlamətlərini xeyli yüngülləşdirir" - deyə Əbdül Səlimli bildirib.

Siqareti tərgitməyin asan yolu - Bundan sonra...

Mütəxəssis deyir ki, insanlar adətən müəyyən tətikləyici anlarda siqaretə yönəlir:

"Səhər qəhvəsi zamanı, stresdə olanda, avtomobil sürərkən və ya yeməkdən sonra. Bu məqamları müəyyənləşdirmək çox vacibdir. Çünki həmin situasiyalarda yeni vərdişlər formalaşdırmaq mümkündür. Məsələn, su içmək, qısa gəzinti etmək, saqqız çeynəmək və ya dərin nəfəs alma texnikaları tətbiq etmək.

Tərgitmə qərarı verdikdən sonra evdə siqaret, çaxmaq, külqabı kimi əşyaların yığışdırılması çox təsirlidir. Bu, həm vərdiş bağlarını qırır, həm də qoxu kimi tətikleyicilərin qarşısını alır. Eyni zamanda yaxın insanlardan dəstək almaq vacibdir".

Psixoloqun sözlərinə görə, ətrafdakıların yanında siqaret çəkməməsi prosesə müsbət təsir göstərir.

№Siqareti tərgitməyin ən çətin mərhələsi ilk 72 saatdır. Bu dövrdə baş ağrısı, əsəbilik, konsentrasiya çətinliyi və şiddətli istək kimi əlamətlər yaranır. Bunlar nikotinin bədəndən çıxması ilə bağlıdır və müvəqqətidir. Adətən 3 gündən sonra əlamətlər xeyli azalır".

Qeyd edək ki, siqareti tərgidən zaman onun vurduğu maddi ziyan da insanı bir qədər onu atmağa ruhlandırır. Psixoloq da bunu başa düşməyin vacibliyini xüsusi vurğulayıb:

"Hər həftə özünə kiçik mükafatlar vermək yaxşı motivasiya yaradır. İnsan siqaret almamaqla kifayət qədər qənaət etdiyini görəndə prosesi davam etdirmək daha asan olur. Ən önəmlisi isə odur ki, əgər insan yenidən siqaret çəkərsə, bunu uğursuzluq kimi yox, sadəcə kiçik bir geriləmə kimi qəbul etməlidir. Çünki əksər insanlar siqareti bir neçə cəhddən sonra tam tərgidə bilir. Bu metodları yoxlayıb uğursuzluq əldə edilirsə mütəxəssislərə müraciət etməklə asılılıqdan qurtulmaq mümkündür".

Ziya SƏCCAD

Son xəbərlər