Yəməndə il yarım əvvəl oğurlanmış 5 BMT əməkdaşı sərbəst buraxılıb
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin fevralında Yəmənin cənubunda, səfər missiyasından sonra Ədənə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən oğurlanmış BMT Təhlükəsizlik Departamentinin əməkdaşları sərbəst buraxılıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin ofisinin məlumatında deyilir.
“Baş katib 2022-ci il fevralın 11-də Yəməndə oğurlanmış BMT Təhlükəsizlik Departamentinin beş üzvü - Akma Sufiul Anam, Mazen Bavazir, Bakil əl-Mehdi, Məhəmməd əl-Mulaiki və Xaled Moxtar Şeyxin azad edilməsindən məmnundur. Mövcud məlumata görə, həmkarlarımızın hamısının səhhəti yaxşıdır”, - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...