BMT Əfqanıstanda əməkdaşlarının təqibindən narahatdır
Yeniliklərdən dərhal xəbərdar olun
"BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) təşkilatın qadın əməkdaşlarının “Taliban” hərəkatının təhlükəsizlik qüvvələri tərəfindən təqib edilməsi hallarından narahatdır".
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.
Bildirilir ki, Əfqanıstandakı de-fakto hakimiyyəti BMT-nin əfqanıstanlı qadın əməkdaşlarını, o cümlədən təşkilat üçün çalışan 3 əfqan qadını təqib etməyə başlayıb.
Qeyd olunur ki, “Taliban”ın təhlükəsizlik sahəsində çalışan agentləri həmin əməkdaşları dindirib və saxlayıb.
BMT Missiyası təşkilatın əfqan qadın əməkdaşlarına qarşı belə hədə-qorxu və təqiblərə dərhal son qoymağa çağırıb.
Oxşar xəbərlər
“Taliban”ın axtardığı qadın aktivist: “Məni edam edəcəklər” - VİDEO
“Taliban” Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl qadın hüquqları müdafiəsi üzrə fəallığı ilə məşhur olan Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır....