Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçilib

06
avq
2024
23:01
Fələstinin Qəzza zolağındakı HƏMAS radikal hərəkatının lideri Yəhya Sinvar təşkilatın Siyasi Bürosunun rəhbəri vəzifəsinə seçilib.
"Report"un məlumatına görə, müvafiq açıqlama hərəkatın teleqram kanalında dərc olunub.
“Hərəkatın siyasi bürosunun rəhbəri vəzifəsinə mərhum İsmayıl Haniyənin yerinə Yəhya Sinvar seçilib”, - sənəddə deyilir.
Xatırladaq ki, HƏMAS-ın Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb.
Oxşar xəbərlər
İsmayıl Haniyə sui-qəsd: O, necə vuruldu? - Dünya mətbuatı yazır
İranın paytaxtı Tehranda baş verən və bütün dünyada böyük əks-səda doğuran HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı təfərrüatlar ort...
