Yasamalın yeni icra başçısı kimdir? - DOSYE

Yasamalın yeni icra başçısı kimdir? - DOSYE
Siyasət 1501
Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilmiş Elşad Həsənov Prezident İlham Əliyev tərəfindən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.BAKU.WS Həsənov Elşad Eldar oğlunun dosyesini təqdim edir:Elşad Həsənov1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib.1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli məclisi 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.İngilis və rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.Ailəlidir. İki övladı var.

Oxşar xəbərlər

Prezident deputatı Yasamala icra başçısı təyin etdi

Prezident deputatı Yasamala icra başçısı təyin etdi

Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.BAKU.WS xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzala...

2118 Siyasət 13:07 12 noyabr 2019

Son xəbərlər